
Offers every month
Tez-tez verilən suallar
Play Pass-a abunə olduğunuz zaman hər ay ən yaxşı oyunlar üzrə eksklüziv təkliflər, habelə 1000-dən çox oyun və tətbiqdən ibarət ayrıca kataloq əldə edirsiniz. Kataloqda bütün reklamlar silinir, habelə bütün tətbiqdaxili alış və ödənişli başlıqların kilidi açılır.
Kataloqa 1000-dən çox oyun və tətbiq daxildir. Ödənişli oyun və tətbiqlər əlavə ödəniş olmadan daxil edilir. Play Pass kataloqundakı bütün oyun və tətbiqlər üçün reklamlar silinir və tətbiqdaxili alışların kilidi açılır. Abunəçilər bu oyun və tətbiqləri Play Market tətbiqinin Play Pass bölməsində tapa və ya Google Play-dəki başlıqlarda Play Pass nişanını axtara bilərlər.
Abunəçilər Play Pass kataloquna daxil olmayan seçilmiş aparıcı oyunlarda hər həftə xüsusi təkliflər əldə edirlər. Bu eksklüziv təkliflər oyun daxilində endirimlər və ya müəyyən oyun elementləri üzrə xüsusi fürsətlər şəklində ola bilər. Təkliflər sınaq zamanı və ya Play Pass kataloqundakı oyunlar üçün əlçatan olmur. Təkliflər Google Play faktura ödəniş metodu ilə alınmalıdır.
Play Pass kataloquna daxil edilmiş hər hansı oyun və ya tətbiqiniz varsa, bütün reklamlar silinəcək və bütün tətbiqdaxili alışların kilidi açılacaq.
Ailə Meneceri Ailə Mediatekası ilə Play Pass-a girişi 5-ə qədər ailə üzvü ilə ödənişsiz paylaşa bilər. Ailə üzvləri öz hesablarında Play Pass-ı aktivləşdirməli olacaqlar. Aylıq təkliflər və digər imtiyazlar yalnız Ailə Meneceri üçün əlçatandır.